"Ölkədə yararsız vəziyyətdə olan kinoteatrlar təmir ediləcək" - Anar Kərimov

16:34 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mədəniyyət Nazirliyinin balansında olan “Nizami" kinoteatrı yararsız vəziyyətdədir”.

Bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir Gəncəyə səfərinin əsas məqsədinin də təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinin müəyyənləşməsi olduğunu deyib: “Bildiyiniz kimi, bizim Heydər Əliyev Fondu ilə əməkdaşlığımız var. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə mədəniyyət müəssisəsi təmir edilib. Hazırda təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinə baxış keçirilir, vəziyyət tam şəkildə öyrənildikdən sonra təkliflər hazırlanacaq. Bundan sonra ya Mədəniyyət Nazirliyinin imkanları hesabına, ya da Heydər Əliyev Fondunun dəstəyi ilə biz bu işləri həyata keçirəcəyik. Təbii ki, görüləcək işlərin siyahısında "Nizami" kinoteatrının bərpası da var. Yəqin ki, bu ilin sonuna kimi kinoteatrın bərpası barədə layihə yekunlaşacaq, təmir prosesi isə bir qədər çəkəcək”.

 

A. Kərimov təkcə Gəncədə deyil, ümumilikdə ölkədə olan kinoteatrların təmir edilməsi ilə bağlı layihənin olduğunu diqqətə çatdırıb: “Amma bu layihə tədricən və sistemli şəkildə həyata keçiriləcək”.